`Azəravtoyol`un işçilərinə fəxri adı verildi


13:33     21 Fevral 2017 ilham_aliyev_main__221216_230.jpg

Prezident İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.


Femida.az -ın xəbərinə görə, sərəncamla Əliyev Ziyəddin İsmayıl oğlu və Qasımov Əflatun Allahyar oğluna “Əməkdar mühəndis” fəxri adı verilib. Həmin şəxslər Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 1045